Azərbaycan millisinin üzvü: "Bu, xilasetmə əməliyyatı deyil, müharibədir"

Azərbaycan millisinin üzvü: "Bu, xilasetmə əməliyyatı deyil, müharibədir"

"Rusiya Ukraynanı bombalamağa davam edir".

Fanat.Az xəbər verir ki, bunu Azərbaycanın qadınlardan ibarət karate millisinin əslən Ukraynadan olan üzvü İrina Zaretska (68 kq) şəxsi "Instagram" hesabında yazıb.

25 yaşlı idmançı ölkəsinə olan hərbi müdaxilənin xilasetmə əməliyyatı olmadığını bildirib: "Bu, müharibədir. Ukrayna bu müharibədə tək qalıb. Amma bilirəm ki, biz güclüyük".

Qeyd edək ki, İ.Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 2 qat dünya və Avropa çempionudur.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər