Sabah 19 yaşadək futzalçılardan ibarət milli komandalar arasında təşkil olunan Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunun oyunlarına start veriləcək. Fanat.Az xəbər verir ki, Azərbaycan millisi finala vəsiqə qazanmaq üçün Xorvatiya və Latviya yığmaları ilə qarşılaşacaq. Rəqiblərin seçmə oyunlar üçün açıqlanmış 12 nəfərlik heyətini diqqətinizə çatdırırıq: Xorvatiya: Mate Vrdolyak, İvan Vukosav, Lovro Cigler, Duye Draqiçeviç, Toni Borçiç, Domaqoy Durkoviç, Filip Yosipoviç, Romeo Suşac, Qabriyel Lasiç, Danis Hrqota, Yosip Qovorko, Dominik Çiçiç. Baş məşqçi: Duye Maretiç. Latviya: Rainer Murniek, Artur Meykulan, Tom Kristian Qrisli, Andzey Miçkeviç, Mark Zil, Raivi Svilis, Alen Daniel Sprukt, Edqard Tarakanov, Daniil Foqel, Nikita Jelaqov, Denis Lindekrona, Maksim Puzikov. Baş məşqçi: Artur Şketov.