Azərbaycan millisinin rəqibləri bəlli oldu

Azərbaycan millisinin rəqibləri bəlli oldu
Qadın futbolçulardan ibarət yığmalar arasında 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Püşkatmaya 4-cü səbətdən qoşulan yığma Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta və Monteneqro seçmələri ilə E qrupuna düşüb.
Qeyd edək ki, dünya çempionatı 10 iyul - 20 avqustda təşkil olunacaq. Seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək və 2022-ci ilin avqustunadək davam edəcək.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər