Azərbaycan millisinin rəqibi sınaq matçı keçirəcək

Azərbaycan millisinin rəqibi sınaq matçı keçirəcək

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Qazaxıstan yığması yoldaşlıq oyunu keçirəcək.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, Məhəmməd Adıyevin baş məşqçi olduğu komanda noyabrın 20-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri millisi ilə üz-üzə gələcək.

Komanda bundan əvvəl Millətlər Liqasında sentyabrın 22-də Belarusu qəbul edəcək, 3 gün sonra isə Azərbaycan millisinin qonağı olacaq.

Qeyd edək ki, Qazaxıstan 10 xalla C Liqasının 3-cü qrupunda liderdirdirsə, 4 xalı olan təmsilçimiz 3-cü pillədə mövqe tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər