İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində qadınlardan ibarət Azərbaycan milli komandasının rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, milli birinci pley-off mərhələsində B Liqasının qrup mərhələsinin ən yüksək reytinqli yığmalarından biri olan Portuqaliya ilə qarşılaşacaq. Komanda ilk oyununu oktyabrın 23-də evdə, cavab görüşünü isə oktyabrın 29-da səfərdə keçirəcək.
Azərbaycan - Portuqaliya cütünün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya cütünün qalibi ilə üz-üzə gələcək. Bu raundun oyunları noyabrın 27-də və dekabrın 3-də olacaq. Azərbaycan - Portuqaliya cütünün qalibi ilk görüşünü evdə keçirəcək.