Azərbaycan millisinin oyununda VAR sistemi tətbiq olunacaq

Azərbaycan millisinin oyununda VAR sistemi tətbiq olunacaq
Martın 27-də Türkiyənin Antalya şəhərində keçiriləcək Azərbaycan – Makedoniya yoldaşlıq oyununda VAR (video assistant referee) sistemi tətbiq olunacaq. 
Fanat.Az xəbər verir ki, bununla əlaqədar Türkiyə Futbol Federasiyası (TFF) AFFA-ya və Makedoniya Futbol Federasiyasına müraciət edib. 
Hər iki milli assosiasiya TFF-nin müraciətini müsbət cavablandırıb.
Qeyd edək ki, "Mardan" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər