Azərbaycan millisinin müdafiəçisi məğlubiyyətə üzüldü

Azərbaycan millisinin müdafiəçisi məğlubiyyətə üzüldü

Futbol üzrə Polşa çempionatında 9-cu turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Antonun komandası səfərdə “Radomiak Radom”a 0:2 hesabı ilə uduzub. Bu mövsüm nadir hallarda forma şansı qazanan millimizin üzvü yenə sonadək ehtiyatda qalıb.   9 tura 17 xaltoplayan “Visla” 18 iştirakçı arasında liderdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər