Azərbaycan millisinin iki futbolçusu Rusiya klubunda

Azərbaycan millisinin iki futbolçusu Rusiya klubunda
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin iki futbolçusu karyerasını Rusiyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, Vüsalə Hacıyeva və Jalə Məhsimova İjevsk "Torpedo”suna keçib.
Müdafiəçi Vüsalə Hacıyevanın son klubu Balakən təmsilçisi "Qubek” olub. O, əvvəllər də "Torpedo”da çıxış edib. 
Yarımmüdafiəçi Jalə Məhsimova isə son olaraq "Uğur”da forma geyinib.
Qeyd edək ki, Rusiya çempionatının yüksək liqasında mübarizə aparan "Torpedo” 11 turdan sonra 8 komanda arasında 7-ci pillədə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər