Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

Cüdo üzrə Azərbaycan millisinin Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, yarışda ölkəmizi 11 idmançı təmsil edəcək. Onlardan 9-u kişi, 2-si isə qadın cüdoçudur.

Kişilərin mübarizəsində Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, İbrahim Əliyev (hər ikisi 66 kq), Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) qüvvəsini sınayacaq.

Qadınlardan isə Şəfəq Həmidova və Ramilə Əliyeva (hər ikisi 48 kq) tatami üzərinə çıxacaq.

Qeyd edək ki, aprelin 29-da başlayacaq Avropa çempionatı mayın 1-dək davam edəcək.

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər