Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu

Azərbaycan millisinə yeni baş məşqçi təyin olundu

Azərbaycanın gənclərdən ibarət cüdo millisinə yeni baş məşqçi təyin edilib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu posta keçmiş dünya və Avropa çempionu Elxan Məmmədov gətirilib.

Qeyd edək ki, E.Məmmədov 2018-2021-ci illərdə kişilərdən ibarət yığmanın böyük məşqçisi olub. ACF-nin əvvəlki rəhbərliyi Tokio-2020 Yay Olimpiya Oyunlarındakı uğursuzluq səbəbindən onu ötən ilin avqustunda məşqçilər heyətinin digər üzvləri ilə birlikdə istefaya göndərmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər