"Azərbaycan millisinə qalib gəlməyə çalışacağıq"

"Azərbaycan millisinə qalib gəlməyə çalışacağıq"

Futbol üzrə Lüksemburq yığmasının hücumçusu Danel Sinani DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. 

Fanat.Az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:   “Azərbaycanla sonuncu oyunda penaltidən istifadə edə bilmədim. Amma sabahkı qarşılama üçün komanda olaraq oyuna tam hazırıq. Rəqibin mübariz, döyüşkəm komanda olmasına baxmayaraq, qalib gəlməyə çalışacağıq”.   Sentyabrın 1-də Lüksemburq stadionunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər