Azərbaycan millisi Özbəkistana uduzdu

Azərbaycan millisi Özbəkistana uduzdu

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci yoxlama oyununa çıxıb.

Fanat.Az xəbər verir ki U-19 növbəti dəfə Özbəkistanın uyğun yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimizin heyətində qolu 16-cı dəqiqədə Şahismayıl Cəfərov vurub.

Qeyd edək ki, komandalar arasında oktyabrın 9-da keçirilən ilk matçda 0:0 hesablı heç-heçə qeydə alınıb.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər