Azərbaycan millisi Xorvatiyaya yola düşür

Azərbaycan millisi Xorvatiyaya yola düşür

19 yaşadək futzalçılardan ibarət Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan millisi bu gün səfərə çıxır.

Federasiyanın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Ağatahir Əzimovun başçılıq etdiyi kollektiv saat 21:45-də Bakı-İstanbul-Zaqreb reysi ilə turnirə ev sahibliyi edəcək Xorvatiyaya yola düşəcək.

Milli ilk oyununu martın 17-də meydan sahiblərinə, növbəti görüşünü isə ertəsi gün Latviyadan olan həmyaşıdlarına qarşı keçirəcək. 

7-ci qrupda yer alan U-19 AÇ-yə 12 nəfərlik heyətlə yollanacaq: 1. Nazim Rəhimov (U-19) 2. Fariz Mehraliyev (U-19) 3. Xəzər Ağalizadə (U-19) 4. Azər Fərmanov (Araz-Naxçıvan) 5. Nurlan Məmmədov (U-19) 6. Məhəmməd Abbasov (U-19) 7. Novruz Kazıxanov (U-19) 8. Mikayıl Qiyasov (U-19) 9. Mirzə Əmirov (U-19) 10. Şaiq Vəlizadə (U-19) 11. Fuad Məmmədzadə (U-19) 12. Zaur Sultanov (U-19) Səfər ərəfəsində koronavirus testi verən bütün komanda üzvlərinin nəticələri neqativ çıxıb. 

Qeyd edək ki, U-19 Bakıya martın 19-da dönəcək.   Millinin qrupdakı oyunlarının təqvimi belədir:

Azərbaycan – Xorvatiya 17 mart. Karlovac şəhəri. Mladost Arena. Saat 20:00

Latviya – Azərbaycan 18 mart. Karlovac şəhəri. Mladost Arena. Saat 20:00

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər