Azərbaycan millisi Ukraynaya qarşı

Azərbaycan millisi Ukraynaya qarşı

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AÇ-2025-in seçmə mərhələsində növbəti matçına çıxacaq.

Fanat.Az xəbər verir ki, təmsilçimiz İspaniyanın Mursiya şəhərində ev sahibi qismində çıxış edəcək Ukrayna seçməsi ilə qarşılaşacaq.

“Nueva Kondomina” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə 22:00-da start götürəcək. 

12 xalla malik Ukrayna qrup lideridirsə, 3 oyuna 3 xal toplayan U-21 yığmamız 4-cü sırada mövqe tutub.

F qrupunun digər görüşlərində Serbiya Lüksemburqu, İsveçrə Rumıniyanı qəbul edəcək.

AÇ-2025, seçmə mərhələ

22:00. Ukrayna - Azərbaycan

Baş hakim: İrakli Kvirikaşvili (Gürcüstan).

İspaniya. Mursiya. “Nueva Kondomina” stadionu.

Xal durumu: Ukrayna - 12 (4 oyuna), İngiltərə - 9 (4), Serbiya - 6 (4), Azərbaycan - 3 (3), Lüksemburq - 3 (5), Şimali İrlandiya - 3 (4).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər