Azərbaycan millisi üçün daha bir italiyalı namizəd

Azərbaycan millisi üçün daha bir italiyalı namizəd
Azərbaycan millisinin baş məşqçi postuna daha bir namizəd açıqlanıb.
Fanat.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Eusebio Di Françesko yığmamızı çalışdıra bilər.
İtaliyalı mütəxəssis 2017-ci ildə "Roma"nın baş məşqçisi ikən Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ"la oyunu üçün Bakıya səfər edib. Bakı Olimpiya Stadionunda keçirilmiş görüş italiyalıların qələbəsi ilə yekunlaşıb - 2:1. Onunla "Fənərbağça"nın da maraqlandığı bildirilir.
Qeyd edək ki, Eusebio Di Françesko əvvəllər İtaliyanın "Virtus Lansiano", "Peskara", "Leççe", "Sassuolo", "Roma" və "Sampdoriya" klublarını çalışdırıb.
Onu da qeyd edək ki, daha öncə italiyalı mütəxəssislərdən Canni De Byazi, Luici Di Byaco və Çezare Prandelli də Azərbaycan millisinin baş məşqçi postuna namizəd olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər