Azərbaycan millisi Türkiyəyə yollanıb

Azərbaycan millisi Türkiyəyə yollanıb

Qadın boksçulardan ibarət Azərbaycan millisi Türkiyədə təlim-məşq toplanışına qatılıb.

Fanat.Az xəbər verir ki, yığma Olimpiya Təsnifat Turnirlərinə hazırlığı Trabzonda davam etdirir.

Toplanış fevralın 25-də başa çatacaq. Hazırlıqda məşqçilər İlkin Ağayevlə Viktoriya Rudenkonun rəhbərliyi altında Anaxanım İsmayılova, Marjona Savriyeva (hər ikisi 50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) iştirak edirlər.

Boksçularımız Türkiyə, Mərakeş, Niderland, Qazaxıstan və Polşa yığmaları ilə birgə hazırlıq keçirlər. Toplanış çərçivəsində sınaq döyüşlərinin təşkili də nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər