Azərbaycan millisi toplanışı qələbə ilə bitirdi

Azərbaycan millisi toplanışı qələbə ilə bitirdi

Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası son yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, "Sabah"ın U-19 komandası ilə qarşılaşan yığma 1:0 hesablı qələbə qazanıb. U-17-nin heytində Davud Mənsumov fərqlənib.

Qeyd edək ki, Azərbaycan millisi daha öncə keçirdiyi oyunda "Şamaxı"nın U-19 komandasını 2:1 hesabı ilə məğlub etmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər