Azərbaycan millisi Stiven Kenninin qovulmasına səbəb ola bilər

Azərbaycan millisi Stiven Kenninin qovulmasına səbəb ola bilər

Futbol üzrə İrlandiya millisinin baş məşqçisi Stiven Kenni (Stephen Kenny) Azərbaycanla səfər oyunundan sonra komandadan qovula bilər.

Fanat.Az "Pundit Arena" saytına istinadən xəbər verir ki, İrlandiya Futbol Assosasiyası komandanın növbəti uğursuz çıxışında 49 yaşlı mütəxəssislə yollarını ayıracaq. Məlumatda qeyd olunur ki, Baş məşqçinin komandada qalması yalnız qələbə qazanacağı halda mümkün olacaq.

Qeyd edək ki, Kenninin yerinə ən real namizəd ingiltərənin "Brayton" klubunun sabiq baş məşqçisi Kris Hyutondur (Chris Hughton).

Xatırladaq ki, İrlandiya yığması növbəti oyununu oktyabr ayının 9-u DÇ - 2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə Azərbaycan millisinə qarşı keçirəcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər