Azərbaycan millisi startda böyük hesabla yenildi

Azərbaycan millisi startda böyük hesabla yenildi

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün seçmə mərhələdə ilk oyununu keçirib.  Fanat.Az xəbər verir ki, Ağatahir Əzimovun baş məşqçisi olduğu komanda Xorvatiyadan olan həmyaşıdları ilə qarşılaşıb.

Oyun rəqibin böyük hesablı qələbəsi ilə başa çatıb. Millinin heyətində yeganə qolu Nazim Rəhimov vurub. Beləliklə, baş məşqçinin doğum gününə təsadüf edən matçda yetirmələri ona "hədiyyə" ediblər. 

U-19 növbəti oyununu sabah-martın 18-də Latviyadan olan həmyaşıdlarına qarşı keçirəcək.  Qeyd edək ki, final mərhələsinə ancaq qrup qalibləri vəsiqə qazanacaq.

Azərbaycan – Xorvatiya 1:6  Qollar: Nazim Rəhimov, 24:38 - Romeo Suşac, 1:12, 32:50, Filip Yosipoviç, 6:53, Lovro Cigler, 9:36, Duje Dragiçeviç, 10:51, Danis Hrgota, 22:43   Azərbaycan: 12. Azər Fərmanov (q), 2. Novruz Kazıxanov, 4. Nazim Rəhimov, 5. Nurlan Məmmədov,7. Xəzər Ağalızadə, 1. Zaur Sultanov (q), 3. Fariz Mehralıyev,6. Mirzə Əmirov, 8. Mikayıl Qiyasov, 10. Şaiq Vəlizadə, 11. Məhəmməd Abbasov, 13. Fuad Məmmədzadə (k) Baş məşqçi: Ağatahir Əzimov

Xorvatiya: 1. Mate Vrdoljak (q), 6. Lovro Cigler, 9. Dominik Çiçiç, 10. Romeo Suşac (k), 13. Filip Yosipoviç, 12. İvan Vukosav (q), 4. Toni Borçiç, 5. Duje Dragiçeviç, 7. Domaqoj Durkoviç, 8. Danis Hrgota, 11. Yosip Qovorko, 14. Qabriyel Lasiç Baş məşqçi: Duje Maretiç

Hakimlər: Pablo Delgado Sastre (İspaniya), Michael Lima De Sousa (Lüksemburq), Talgat Kosmukhambetov (Qazaxıstan) Timekeeper: Mislav Dzeko (Xorvatiya) 17 mart. Karlovac şəhəri, Mladost Arena. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər