Azərbaycan millisi Slovakiyadan üç medalla dönür

Azərbaycan millisi Slovakiyadan üç medalla dönür

Karate üzrə 21 yaşadək qadınlardan və böyüklərdən ibarət Azərbaycan millisinin 3 üzvü Slovakiyanın paytaxtı Bratislavada keçirilən Qran-Pridə bürünc medal qazanıb.

Federasiyanın Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, Xumar Əlibəyova (50 kq) 21 yaşadək qızlar və böyüklər arasında, İlahə Qasımova (55 kq) isə böyüklərin yarışında bürünc medala sahib olub.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, ikiqat dünya və Avropa çempionu İrina Zaretska (68 kq) isə üçüncülük görüşündə uduzaraq beşinci yerlə kifayətlənib.

Qeyd edək ki, Qran-Priyə 30 ölkədən 1975 karateçi qatılıb. Azərbaycan yarışda 10 idmançı ilə təmsil olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər