Azərbaycan millisi sınaq matçında qələbə qazandı

Azərbaycan millisi sınaq matçında qələbə qazandı

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi yoxlama oyunu keçirib.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan İlham Yadullayevin rəhbərlik etdiyi kollektiv “Qarabağ”ın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyun millinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Emil Usubov (67), Emil Həsənov (70) və Əhməd Vəliyev (85) vurublar.

Qeyd edək ki, U-17 fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə keçiriləcək İnkişaf Kuboku turnirində iştirak edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər