Azərbaycan millisi Rumıniyaya qalib gəldi

Azərbaycan millisi Rumıniyaya qalib gəldi
Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super Finalında (European Beach Soccer League) növbəti oyununu keçirib. 
Fanat.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Rumıniya yığması ilə qarşılaşan komanda 2:1 hesabı ilə qələbə qazanıb. Yığmanın qollarını Sabir Allahquliyev və Amid Nəzərov vurub.
Qeyd edək ki, Azərbaycan millisi sabah Çexiya ilə qarşılaşacaq. Komanda ilk görüşdə Estoniyaya məğlub olub - 3:4. 
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər