Azərbaycan millisi Monteneqroya uduzdu

Azərbaycan millisi Monteneqroya uduzdu
Monteneqronun Podqoritsa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Miloş Velebitin baş məşqçi olduğu komanda Monteneqronun müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan yığmasının 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, bu komandalar arasındakı dekabrın 4-də keçirilən matçda Azərbaycan millisi qələbə qazanıb - 1:0. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər