Azərbaycan millisi Monteneqronu yendi

Azərbaycan millisi Monteneqronu yendi

15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Fanat.Az xəbər verir ki, təmsilçimiz Bakıda hazırlıq keçən Monteneqro seçməsi ilə növbəti dəfə qarşılaşıb.

Binə stadionunda baş tutan qarşılaşma Aqil Nəbiyevin çalışdırdığı kollektivin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 5-ci dəqiqədə Həsən Mürşüdzadə, 51-ci dəqiqədə Xəzər Hüseynzadə və 81-ci dəqiqədə Murad Məmmədov vurublar.

Tərəflər arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyununda 0:0 hesabı qeydə alınmışdı.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər