"Azərbaycan millisi mənim üçün yaxşı çağırışdır" - Trautman

"Azərbaycan millisi mənim üçün yaxşı çağırışdır" - Trautman

"Cüdo Azərbaycanda olimpiya medalı gözlənilən 3 əsas idman növündən biridir. Buna görə, əlbəttə, təzyiq var. Amma istənilən halda mənim üçün yaxşı çağırışdır".

Fanat.Az xəbər verir ki, bunu cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Rixard Trautman Avropa Cüdo İttifaqının (EJU) rəsmi saytına açıqlamasında deyib.

Almaniyalı mütəxəssis ölkəsinin yığmasından ayrılmasının səbəbinə də toxunub. O bildirib ki, növbəti olimpiya tsiklində gələcək inkişafla bağlı fikir ayrılıqlarına görə, bu addım atılıb: "Ona görə də razılaşmayacağımızı başa düşdük və əməkdaşlığı dayandırmağa qərar verdik".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər