Azərbaycan yığması yenə uduzdu

Azərbaycan yığması yenə uduzdu
Bu gün Azərbaycan milli komandası "AVRO-2020" seçmə mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv "Bakcell Arena"da Macarıstan yığması ilə qarşılaşıb. Görüşü Kevin Blomun başçılıq etdiyi hollandiyalı hakimlər briqadası idarə edib.
Bu milli komandanın E qrupunda ikinci, macarların isə üçüncü oyunu olub. Matçda sürpriz qeydə alınmayıb. Tsiklin ilk oyununda səfərdə Xorvatiyaya 1:2 hesabıyla yenilən təmsilçimiz doğma meydan amilindən faydalanmağı bacarmayıb. Qonaqların vurduğu 3 qola Mahir Əmrəli təsəlli topu ilə cavab verib. 
 Azərbaycan millisi 3 gün sonra Slovakiyanı, Macarıstan isə Uelsi qəbul edəcək.
AVRO-2020
Seçmə mərhələ
III tur
8 iyun
Azərbaycan - Macarıstan 1:3
Qol: Mahir Əmrəli, 69 - Villi Orban, 18; 53; David Holman, 71
Hakimlər: Kevin Blom, Bas van Dongen, Johan Balder, Serdar Gözübüyük (Hollandiya).
Bakı. "Bakcell Arena"
 

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Məmmədov (k), 6. Bədavi Hüseynov, 10. Mahir Əmrəli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 17. Renat Dadaşov, 18. Anton Krivotsyuk, 20. Riçard Almeyda

Ehtiyat oyunçular: 12. Emil Balayev, 23. Şahruddin Məhəmmədəliyev, 3. Şəhriyar Rəhimov, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 19. Əli Babayev, 21. Pavlo Paşayev, 22. Aleksey İsayev

Baş məşqçi: Nikola Yurçeviç

Macarıstan: 1. Peter Qulaşi, 2. Botond Barat, 3. Mixali Korhut, 6. Villi Orban, 7. Balaş Cucak, 8. Adam Naqi, 9. Adam Szalai, 10. Dominik Szoboszlay, 14. Gerge Lovrençiç, 15. Lazlo Klaynhaysler, 18. Dominik Naqi

Ehtiyat oyunçular: 12. Denes Dibuş, 22. Adam Kovaçşik, 4. Yanos Ferencsi, 5. Paulo Vinisius, 11. Kristian Nemet, 13. Zolt Kalmar, 16. Mete Patkay, 17. Roland Varqa, 19. David Holman, 20. İstvan Kovaçs, 21. Tamaş Kadar, 23. Filip Holender

Baş məşqçi: Marko Rossi

 

Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər