Azərbaycan millisi Litvaya qalib gəldi

Azərbaycan millisi Litvaya qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Fanat.Az xəbər verir ki, Zeynal Zeynalovun başçılıq etdiyi kollektiv Bakıda təlim-məşq toplanışında olan Litva yığması ilə qarşılaşıb. 

Su İdman Sarayının ərazisindəki meydançada baş tutan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millinin heyətində Ramil Əliyev fərqlənib.

Qarşılıqlı razılıq əsasında əlavə iki hissə oynanılıb və burada da hesab dəyişməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Azərbaycan yığması 5:4 hesablı qələbə qazanıb.

Qeyd edək ki, komandalar arasında mayın 20-də və 21-də daha iki oyun nəzərdə tutulub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər