Azərbaycan millisi Latviyayla da bacarmadı 

Azərbaycan millisi Latviyayla da bacarmadı 

Futbol üzrə Azərbaycan millisi Maltada növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Canni de Byazinin yetirmələri Ta Qalidəki Milli stadionda baş tutan yoldaşlıq görüşündə Latviya ilə üz-üzə gəlib.

Milli hazırlıq çərçivəsində keçirdiyi ikinci matçdan da 0:1 hesabı ilə məğlub ayrılıb. Hər iki komanda matçı 10 nəfərlə başa vurub. Azərbaycan millisindən Qara Qarayev 30-cu, rəqibin heyətində isə Kaspar Dubra 90-cı dəqiqədə qırmızı vərəqə alıb. 

Beləliklə, Azərbaycan yığması tarixində ilk dəfə Latviyaya uduzub. Komandalar arasında əvvəlki 4 yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıbsa, 1-də Azərbaycan millisi qələbə qazanıb.

Yoldaşlıq oyunu 29 mart

15:00. Azərbaycan – Latviya 0:1 Qol: Qutkovski, 86 Qırmızı vərəqələr: Qara Qarayev, 30 - Kaspar Dubra, 90 

Azərbaycan: 1. Səlahət Ağayev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 10. Dmitri Nazarov, 14. Eddi İsrafilov, 17.Toral Bayramov Ehtiyat oyunçular: 12. Mehti Cənnətov, 23. Nicat Mehbalıyev, 7. Namik Ələskərov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Amin Seydiyev, 16. Coşqun Diniyev, 18. Filip Ozobiç, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Ağabala Ramazanov, 22. Aleksey İsayev Baş məşqçi: Canni de Byazi

Latviya: 1. Pavel Steinbor, 2. Vladislav Sorokin, 4. Kaspar Dubra, 5. Antoni Çernomordı (k), 6. Krister Tober, 9. Vladislav Qutkovski, 11. Robert Savavnyek, 14. Andrey Tsıqanik, 17. Renar Varslavan, 19. Raymond Krollis, 22. Aleksey Savelyev Ehtiyat oyunçular: 12. Robert Özol, 23. Rixard Matreviç, 7. Vladimir Kamış, 8. Eduard Emsis, 10.Yanis İkaunyek, 13. Emil Birka, Vladislav Qutkovski, 16. Alvis Jaunzems, 18. İqor Tarasov, 20. Daniel Balodis, 21. İlia Korotkov Baş məşqçi: Daynis Kazakeviç Baş hakim: Trustin Farrucia Kann (Malta) Ta Qali. Milli stadion

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər