Azərbaycan millisi Küveytlə qarşılaşacaq

Azərbaycan millisi Küveytlə qarşılaşacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə mayın 22-dən 30-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Fanat.Az xəbər verir ki, millimiz hazırlıq prossesi çərçivəsində mayın 26-da, saat 17:00-da Sumqayıtdakı “Kapital Bank Arena”da Küveytin 23 yaşadək futbolçulardan ibarət yığma komandası ilə yoxlama oyunu keçirəcək.

Millimizin hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq:

1. Əkpər Vəliyev – Şamaxı 2. Nicat Mehbalıyev – Qəbələ 3. Yusif İmanov – Sabah 4. Eldar Tağızadə – Klermon (Fransa) 5. Rauf Hüseynli – Qarabağ 6. Arsen Ağcabəyov – Sabah 7. Rüfət Əhmədov – Qəbələ 8. Zamiq Əliyev – Qarabağ 9. Rəhim Cəfərli – Qarabağ 10. Elçin Mustafayev – Şamaxı 11. Nihad Quliyev – Qarabağ 12. Elvin Cəfərquliyev – Qarabağ 13. Ceyhun Nuriyev – Sabah 14. Səbuhi Abdullazadə – Sumqayıt 15. Fərid Yusifli – Neftçi 16. İsmayıl Zülfüqarlı – Neftçi 17. Emil Səfərov – Qəbələ 18. Rüfət Abdullazadə – Sumqayıt 19. Ədilxan Qarəhmədov – Səbail 20. İldar Ələkbərov – Sabah 21. Abdulla Xaybulayev – Sabah 22. Rüstəm Əhmədzadə – Qarabağ 23. Musa Qurbanlı – Qarabağ

Qeyd: “Qarabağ” klubunun üzvləri Musa Qurbanlı, Rüstəm Əhmədzadə və Elvin Cəfərquliyev Azərbaycan kubokunun final qarşılaşmasından sonra düşərgəyə qoşulacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər