Azərbaycan millisi İsrailə qarşı

Azərbaycan millisi İsrailə qarşı

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, 9-cu qrupda yer alan təmsilçimiz Fransanın Sen-Pol-le-Daks şəhərində İsrail seçməsi ilə qarşılaşacaq.

“Park de Sport” stadionunda keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səsləndiriləcək.

Oyunu Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.

İsrail (U-17) – Azərbaycan (U-17) “Park de Sport” stadionu, Sen-Pol-le-Daks. Saat 20:00 Baş hakim: Marius Hansen Qrotta (Norveç) Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa) Dördüncü hakim: Gillaume Paradis (Fransa)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər