Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək

Avqustun 9-dan 20-dək Bakıda təlim-məşq toplanışı keçirəcək futzal üzrə Azərbaycan millisi 2 yoldaşlıq oyununda gücünü sınayacaq. 

Fanat.Az xəbər verir ki, yığmamız avqustun 17-də və 19-da Bakı İdman Sarayında Türkmənistan yığması ilə qarşılaşacaq. Hər iki matç saat 18:00-da start götürəcək.

Baş məşqçi Joze Alesio Da Silva hazırlıq prosesinə daha çox  milliyə namizəd futzalçıları dəvət edib. 

Qapıçılar: Emin Kürdov (klubsuz), Azər Fərmanov (Araz-Naxçıvan), Zaur Sultanov (U-19)

Oyunçular: İsa Atayev, Xətai Bağırov (hər ikisi “Beşiktaş Gent”, Belçika), Oruc Baxşəlizadə, Nurlan Mehdizadə, Fərid Atakişiyev (hamısı Neftçi İK), Fuad Məmmədzadə, Novruz Kazıxanov, Nurlan Məmmədov, Məhəmməd Abbasov, Mikayıl Qiyasov (hamısı U-19), Murad Quluzadə (Baku Fire).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər