Azərbaycan millisi Çexiyaya da uduzdu

Azərbaycan millisi Çexiyaya da uduzdu
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Ramin Quliyevin rəhbərlik etdiyi kollektiv Çexiya yığması ilə üz-üzə gəlib. Albaniyanın Luşnya şəhərindəki "Roza Haciu" stadionunda təşkil olunan qarşılaşma Azərbaycan yığmasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qrupun digər oyununda Norveç Albaniya ilə üz-üzə gələcək. Həmin matç Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə Norveçə 1:4 hesabı ilə uduzub. Komanda oktyabrın 29-da Albaniya ilə qarşılaşacaq. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər