Azərbaycan millisi Estoniyanı COP 29-a görə bu stadionda qəbul edəcək - EKSKLÜZİV

Azərbaycan millisi Estoniyanı COP 29-a görə bu stadionda qəbul edəcək - EKSKLÜZİV

Azərbaycan millisinin Millətlər Liqası çərçivəsində noyabrın 16-da baş tutacaq matçı - Estoniya yığmasına qarşı oyunu harada keçirəcəyi dəqiqləşib.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, sözügedən qarşılaşma noyabrda Bakıda keçiriləcək COP 29 (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı) səbəbindən Qəbələ şəhər stadionunda reallaşacaq.

Daha öncə bu oyunun Türkiyədə reallaşması müzakirə edilsə də, yekunda Qəbələ variantı daha uyğun hesab edilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər