Azərbaycan millisi Belarusdan 7 medalla döndü

Azərbaycan millisi Belarusdan 7 medalla döndü

Azərbaycanın boks millisi Belarusun Jabinka şəhərində keçirilən yeniyetmələr arasında beynəlxalq turniri 7 medalla başa vurub.

Fanat.Az Boks Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, bütün rəqiblərinə qalib gələn İmran Axundov (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Nihat Qasımovla (50 kq) Haqverdi Həsənov (63 kq) gümüş, Sübhan Babayev (57 kq) və Əflatun İsmiyev (54 kq) isə bürünc medal qazanıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər