Azərbaycan millisi Avropa çempionatının finalında

Azərbaycan millisi Avropa çempionatının finalında

Azərbaycanın kişilərdən ibarət kumite komandası Türkiyənin Qaziantep şəhərində keçirilən karate üzrə Avropa çempionatında finalına yüksəlib.

Fanat.Az xəbər verir ki, Pənah Abdullayev, Tural Ağalarzadə, Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz Həsənov, Turqut Həsənov və Ayxan Mamayevdən təşkil olunan heyət mübarizəyə 1/8 finaldan start verib. Yığma ardıcıl olaraq Kosovonu 3:1, Portuqaliyanı 2:0, Yunanıstanı isə 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. 

Komandamız həlledici mərhələdə Fransa ilə üz-üzə gələcək. Görüş mayın 29-da olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər