“Hansısa komandada vacib qarşılaşmadan əvvəl itkilərin olması futbolda tez-tez rast gəlinən haldı. Onları əvəzləyəcək futbolçularımız var”. Bu sözləri bu gün Ramat Qanda millimizlə oyuna çıxacaq İsrail yığmasının çalışdırıcısı Eli Qutman deyib.
Fanat.az xəbər verir ki, Foqtslu yığmanın şəninə təriflər yağdıran baş məşqçi 5 futbolçusunun sıradan çıxmasını faciə saymır: “Azərbaycanın oyunlarını izləmişik. Milli qüruru olan, azarkeşləri ilə hesablaşan komandadı. Əzmkardılar, inamla müdafiə olunur, yaxşı əks-hücumlar qururlar. Bizi asan oyun gözləmir. Bizim millidə oynaya biləcək 30-35 oyunçumuz var. Qurduğum sxemə uyğun gələnləri öncədən müəyyənləşdirmişəm. İsrailin hazırda güvəndiyi oyun modelindən Təl-Əviv və Hayfa “Makkabi”ləri, eləcə də Bibers Natxonun top qovduğu “Rubin” faydalanır. Yəni, məlum sistem varsa, heyətdəki itkilərin Azərbaycanla görüşdə böyük ölçüdə nəzərə çarpmayacağını iddia etmək olar. Narahatlığa ciddi əsas yoxdu”.
Fanat.az