Azərbaycan kubokunun qalibi yeni kluba keçdi

Azərbaycan kubokunun qalibi yeni kluba keçdi
“Xəzər Lənkəran”ın rumıniyalı sabiq futbolçusu Hristu Kyaku yeni komandaya keçib. Apasport.az saytının məlumatına görə, 27 yaşlı hücumameylli yarımmüdafiəçi vətənində yüksək liqaya çıxan “Saqeata”da oynayacaq. 
Hristu 2007-2012-ci illərdə müqavilə ilə məxsus olduğu Buxarest “Dinamo”sunda cəmi 10 oyun keçirərək, bu müddətdə daim icarədə olub. Belə ki, o, 2011-ci ilin ilk yarısında lənkəranlılara icarəyə verilərək, mövsüm bitəndən sonra qaytarılmışdı. Həmin vaxt Azərbaycan kubokunun qalibi olan Kyaku ölkəmizdən gedəndən sonra vətənində “Çahlaul” və “Konsordiya”da icarədə olub. 
İdman24.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər