Azərbaycan Kubokunda 146-cı komanda

Azərbaycan Kubokunda 146-cı komanda

Bu gün Azərbaycan Kuboku uğrunda yarışlara start verilib. Fanat.az xəbər verir ki, I divizionun 8 komandasının qatılacağı 1/16 final mərhələsinin oyunları ilə sayca 22-ci kubok mövsümü başlayıb.

Bu komandalardan 7-si əvvəllər də ölkə kubokunda çıxış edib. “Mil-Muğan” isə yeni yarandığından bu yarışın debütantlarıdı. 1992-ci ildə start götürən kubok yarışlarında indiyədək 145 klub çıxış edib. “Mil-Muğan” klubu da nəzərə alınmaqla iştirakçıların ümumi sayı 146-ya çatıb.

1/16 finalın iştirakçılarından ikisi - MOİK və “Şahdağ” isə digər klublarla müqayisədə zəngin kubok təcrübəsinə malikdi. Onların hər ikisi kubokda keçirdiyi oyunların sayı ilə seçilir. Belə ki, yarışda ən çox oyun keçirən 10 komanda sırasında MOİK-lə “Şahdağ”ın da adı var. Lakin bu komandalar çox oynadığı yarışda ciddi uğur qazanmayıb. Hər 2 komanda üçün ən böyük uğur 1/4 finaldı. Bakılılar 5, Qusar təmsilçisi isə 2 dəfə bunu bacarıb.

MOİK

55

15

8

32

47-81

53

Şahdağ

44

14

6

24

49-79

48

Qaradağ Lökbatan

10

4

0

6

14-18

12

Şuşa

4

1

0

3

5-8

3

Araz Naxçıvan

4

0

1

3

0-1

1

Ağsu

1

0

0

1

1-3

0

Lokomotiv

2

0

0

2

0-9

0

Mil-Muğan

0

0

0

0

0-0

0

Qeyd: texniki nəticələr top fərqində nəzərə alınmayıb.

pfl.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər