Azərbaycan klubu Rodosda üçüncü oldu

Azərbaycan klubu Rodosda üçüncü oldu
Yunanıstanın Rodos adasında şahmat klubları arasında Avropa kuboku uğrunda turnir başa çatıb. Fanat.az xəbər verir ki, dünən 7-ci tur oynanılıb.
 
Yarışın favoritlərindən sayılan "SOCAR-Azerbaijan" Sankt-Peterburq Şahmat Federasiyasının komandası ilə qarşılaşıb. Bütün partiyalarda heç-heçə qeydə alınıb və oyun 3:3 hesabı ilə bitib. 11 xal toplayan "SOCAR-Azerbaijan" yarışı üçüncü yerdə bitirib. "Novı Bor" 13 xalla birinci, "Malahit" 12 xalla ikinci olub.
Digər təmsilçimiz "Odlar Yurdu" Rusiyanın "Yuqra" klubunu sınağa çəkib. Təmsilçilərimizdən yalnız Qədir Hüseynovla Rauf Məmmədov heç-heçə edib. Digərləri məğlub olub. Nəticədə "Odlar Yurdu" matçı 1:5 hesablı yenilgi ilə başa vurub.
SOCAR-Azerbaijan - Sankt-Peterburq Şahmat Federasiyası 3:3
Fabiano Karuana - Petr Svidler 0,5:0,5
Veselin Topalov - Lenyer Dominges 0,5:0,5
Qata Kamski - Nikita Vityuqov 0,5:0,5
Şəhriyar Məmmədyarov - Serqey Movsesyan 0,5:0,5
Van Xao - Maksim Matlakov 0,5:0,5
Aniş Giri - Zaxar Efimenko 0,5:0,5
 
Yuqra - Odlar Yurdu 5:1
Dmitri Yakovenko - Emil Sutovski 1:0
Petr Leko - Qədir Hüseynov 0,5:0,5
Anton Korobov - Vasif Durarbəyli 1:0
Sergey Rublevski - Nicat Məmmədov 1:0
Aleksey Dreyev - Rauf Məmmədov 0,5:0,5
Denis Xismatullin - Zaur Abbasov 1:0
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər