Azərbaycan Hollandiyaya qalib gəldi

Azərbaycan Hollandiyaya qalib gəldi
Türkiyənin Antalya şəhərində keçirilən şahmat üzrə komandalararası dünya çempionatı davam edir. Fanat.az xəbər verir ki, bu gecə II turun qarşılaşmaları baş tutub.
İlk turda Türkiyəni yenən Azərbaycan yığması bu dəfə Hollandiyanı sınağa çəkib və 3:1 hesablı qələbə qazanıb. Milllimizin heyətində Rauf Məmmədovla Qədir Hüseynov heç-heçə oynayıb, Eltac Səfərli və Nicat Məmmədov qalib gəlib. 
Azərbaycan - Hollandiya 3:1
Rauf Məmmədov (2647) - Aniş Qiri (2732) 0,5:0,5
Eltac Səfərli (2653) - Lyuk Van Veli (2678) 1:0
Nicat Məmmədov (2616) - İvan Sokolov (2625) 1:0
Qadir Hüseynov (2607) - Ervin Lami (2648) 0,5:0,5
Misir - Ermənistan 0,5:2,5
ABŞ - Rusiya 3:1
Çin - Ukrayna 1,5:2,5
Almaniya - Türkiyə 3:1
Turnir cədvəli:Azərbaycan, Ukrayna, Almaniya - 4 xal; Ermənistan - 3; ABŞ, Çin 2; Rusiya, - 1; Türkiyə, Hollandiya, Misir - 0. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər