Azərbaycan gimnastları DÇ-də finala yüksəldilər

Azərbaycan gimnastları DÇ-də finala yüksəldilər

İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında Azərbaycan təmsilçiləri finala yüksəliblər.

Fanat.Az xəbər verir ki, məlumatı Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti yayıb.

Mədinə Mustafayeva və Vladimir Dolmatovdan ibarət qarışıq cütlük buna nail olub. Onlar 19.050 xalla mundialın final mərhələsinə vəsiqə qazanıblar.

Dünya çempionatı sentyabrın 13-də yekunlaşacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər