Bu gün Polşanın paytaxtı Varşavada komandalararası Avropa çempionatı başa çatıb. Fanat.az xəbər verir ki, 9-cu turda Azərbaycan millisi Ermənistanla qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada bütün lövhələrdə heç-heçə qeydə alınıb. Nəticədə yığmamız düşmən ölkə ilə sülh bağlayıb - 2:2.
Bu, nəticə yığmamız üçün yetərli olub. Çünki ikinci masada oynayan Fransa yığması Rusiyaya uduzduğundan (2,5:1,5) millimiz vahid lider olub. Beləliklə, ümumi hesabda 14 xal toplayan Azərbaycan millisi tarixində 2-ci dəfə komandalararası Avropa çempionu olub. Buna qədər, 2009-cu ildə Serbiyanın Novi Sad şəhərində keçirilmiş yarışda şahmatçılarımız qalb adını qazanmışdılar.
Azərbaycan - Ermənistan 2:2
Şəhriyar Məmmədyarov - Levon Aronyan 0,5:0,5
Teymur Rəcəbov - Sergey Movsesyan 0,5:0,5
Rauf Məmmədov - Vladimir Akopyan 0,5:0,5
Qədir Hüseynov - Qabriel Sərkisyan 0,5:0,5
Fanat.az