Peşəkar Futbol Liqası Azərbaycan çempionatının I divizionunda yenilik edib. Fanat.az xəbər verir ki, bu barədə qurumun prezidenti Ramin məlumat verib.
Musayev bildirib ki, bundan sonra I divizion klubları bir oyunda 5 əvəzetmə imkanından yararlana biləcək: “Yeni mövsümdən I divizion komandalarının əsas heyətində 8 nəfər 21 yaş altı futbolçu iştirak etməlidi. Məşqçilərin bu oyunçuların hamısını oynada bilməsi üçün I divizion oyunlarında 3 yox, 5 oyunçunun əvəzedilməsinə icazə veriləcək”.
İdman24.az