Azərbaycan Belçika və İsveçrəyə rəqib oldu

Azərbaycan Belçika və İsveçrəyə rəqib oldu
Bu gün İsveçrənin Nyon şəhərində 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının birinci təsnifat mərhələsinin püşkü atılıb. Fanat.az xəbər verir ki, mərasimdə Azərbaycan yığmasının da rəqibləri müəyyənləşib.
Milli komandamız 10-cu qrupda yer alıb. Yığmamız bu qrupda Belçika, İsveçrə, Bosniya və Herseqovina komandaları ilə üzləşəcək.
1-ci qrup: Şotlandiya, İrlandiya, Farer adaları, Cəbəllütarik.
2-ci qrup: Polşa, Gürcüstan, Estoniya, Lixtenşteyn.
3-cü qrup: İslandiya, İtaliya, Moldova, Ermənistan.
4-cü qrup: İngiltərə, Fransa, Cənubi Kipr, Makedoniya.
5-ci qrup: Ukrayna, İsveç, Yunanıstan, Litviya.
6-cı qrup: Türkiyə, Portuqaliya, Sloveniya, Şimali İrlandiya.
7-ci qrup: Xorvatiya, Macarıstan, Qazaxıstan, İsrail.
8-ci qrup: Serbiya, Hollandiya, Malta, Finlandiya.
9-cu qrup: Avstriya, Novrev, San Marino, Albaniya.
10-cu qrup: Belçika, İsveçrə, Azərbaycan, Bosniya və Hersoqovina.
11-ci qrup: Slovakiya, İspaniya, Lüksmemburq, Litva.
12-ci qrup: Çexiya, Danimarka, Rumıniya, Andorra.
13-cü qrup: Rusiya, Belarus, Uels, Çernoqoriya.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər