"Real"ın İspaniya La Liqasının 28-ci turunda "Barselona"ya məğlubiyyəti (1:2) azarkeşlərin narazılığına səbəb olub. Fanat.az xəbər verir ki, Madrid təmsilçisinin azarkeşləri klubun bazası önündə komandanın futbolçuları və baş məşqçi Karlo Ançelotti haqda təhqiramiz ifadələr səsləndiriblər.
Daha sonra onlar klubun bazasını tərk edən "Real"ın oyunçularından Qaret Beyl, Ceyms Rodriges və Serxio Ramosun avtomobilini yumruqlayıblar.
Artıq "Real" həmin azarkeşləri klub üzvlüyündən çıxarıb. Həmçinin həmin şəxslər məhkəməyə verilib.
Fanat.az