Avropa çempionatının bombardiri Azərbaycanda oynayacaq

Avropa çempionatının bombardiri Azərbaycanda oynayacaq

Sloveniya millisinin sabiq futbolçusu Rayko Rep karyerasını Azərbaycanda davam etdirəcək. Apasport.az saytının məlumatına görə, sloveniyalı həmkarlarımız 19 və 21 yaşadək futbolçulardan ibarət millilərinin şərəfini qorumuş yarımmüdafiəçinin ölkəmizə üz tutduğunu iddia edir.“Selye” klubunun yetirməsi olan və 2010-cu ildən “Maribor”a məxsus 23 yaşlı futbolçunun hansı komandamıza keçdiyi açıqlanmır. Sloveniyalılar hücumameylli yarımmüdafiəçinin keçidinin təxminən 100 min avroya başa gəlməsi qənaətindədir.Əvvəllər böyük perspektiv vəd edən Rayko son 3 ili icarə əsasında “Mura”da keçirib. Sloveniya təmsilçisinin ötən il Avropa Liqasında “Bakı” ilə qarşılaşmalarında meydana çıxmayan Rep təmsilçilərimizə qarşı yoxlama oyununda forma geyib. Məxsus olduğu “Maribor”un “İnter”lə ötən il keçirdiyi sınaq matçında (1:0) Rayko qol vurmağı da bacarıb.

Qeyd edək ki, Rep vurduğu 5 qolla U-19-lar arasında Avro-2009-un seçmə mərhələsinin ən yaxşı bombardiri olub.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər