"Atalanta"da mövsümə 20 qol vuran hücumçu Azərbaycan millisi barədə düşünür - MÜSAHİBƏ

"Atalanta"da mövsümə 20 qol vuran hücumçu Azərbaycan millisi barədə düşünür - MÜSAHİBƏ

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Aşağı yaş qrupları üzrə futbol komandalarında çıxış edən uşaqları keçid dönəmini uğurla başa vurmadan futbolçu adlandırmaq mübahisəli olsa da, bəzən qeyri-adi istedadı ilə seçilənlər böyümədən tanınmağa başlayır. 2008-ci il doğumlu Lorenzo Mezzotero da belələrindəndir. Atası Azərbaycanda işlədiyi dönəmdə "Qarabağ" və "Neftçi"nin strukturunda olan italiyalı daha çox Bakı klubundakı performansı ilə diqqət mərkəzinə düşüb. 

Həmyaşıdlarından aşkar şəkildə fərqlənən, əla qol duyumu, mövqe seçimi, sürəti və böyüklərə xas idmançı xarakteri ilə yerli futbol ictimaiyyətinin rəğbətini qazanan Lori artıq Azərbaycanda yaşamır. O, 2020-ci ilin yayında  ailəsi ilə birlikdə ölkəmizi tərk edərək vətəni İtaliyaya yollanıb.

Azərbaycanda ayrılmasına baxmayaraq yaşadığı ölkəni, formasını geyindiyi "Neftçi"ni unutmayan Mezzoteronun Bakıya gəldiyini öyrənincə onunla görüşüb söhbətləşmək qərarına gəldik. 175 santimetr boya malik yeniyetmə Fanat.Az-ın suallarını həvəslə cavablandırdı.

"Atalanta"da mövsümə 20 qol vuran hücumçu Azərbaycan millisi barədə düşünür - MÜSAHİBƏ

- İndi harada oynayırsan? - Hazırda "Atalanta"nın U-15 komandasında çıxış edirəm.

- Əsas heyət üzvüsən, yoxsa ehtiyatda oturursan? - Mən əsas heyət üzvüyəm. Ancaq bəzən meydana sonradan çıxdığım matçlar da olur. Son beş ayda zədədən əziyyət çəkirdim, indi tam sağalmışam. Əsas heyətdəki yerimi qaytarmaq istəyirəm. Bunun üçün öz üzərimdə daha çox işləməli olduğumu bilirəm.

- Hansı mövqedə çıxış edirsən? - Mən hücumçuyam. Əsasən mərkəz forvardı, ikinci xətt hücumçusu və sağ cinah hücumçusu mövqelərində oynayıram. 

- Ötən mövsüm məhsuldar göstəricilərin necə olmuşdu? - Ötən mövsüm zədələr üzündən cəmi 6 ay oynaya bildim. Demək olar ki, mövsümün yarısını kənardan izləmək məcburiyyətində qaldım. 20 qol vurmuşam, amma məhsuldar ötürmələrimi saymamışam.  

"Atalanta"da mövsümə 20 qol vuran hücumçu Azərbaycan millisi barədə düşünür - MÜSAHİBƏ

- Komandanızın indiki mövqeyi necədir?  - Komandamız hazırda 3-cü yerdədir. Çempionatın reqlamentinə əsasən, ilk iki yeri tutan komanda birbaşa final mərhələsinə vəsiqə qazanır. 3-6-cı yerlərdə olanlar isə pley-offa yüksəlir. Biz də hazırda birbaşa finala yüksəlməyi arzulayır, İtaliya çempionu olmaq istəyirik. 

- Lorenzonu İtaliyada Azərbaycandakı qədər sevirlər? - Azərbaycanda tanıdıqları qədər tanımırlar. Əlbəttə, İtaliyada da Azərbaycandakı qədər diqqət mərkəzinə düşmək istəyirəm. Burada məni tanıyanları və sevənləri mən də sevirəm. Azərbaycan "Neftçi"nin timsalında mənim ürəyimdədir. 3 il yarım "Neftçi"də oynamışam. Geri qayıdıb görüşən zaman hər şey çox emosianal alındı. 

"Atalanta"da mövsümə 20 qol vuran hücumçu Azərbaycan millisi barədə düşünür - MÜSAHİBƏ

- Hamı səni "Neftçi"nin yetirməsi kimi tanıyır. "Neftçi" sənin üçün nə deməkdir?  - "Neftçi"nin mənim qəlbimdə xüsusi yeri var. Əlbəttə, hər il bura gələrək dostlarımla, məşqçilərimlə, digər işçilərlə və bütün klubdan tanıdıqlarımla görüşmək istəyirəm. 

- Azərbaycan millisində oynamaq haqda düşünürsən? - (Gülür) Bəli. Mən bu haqda düşünmüşəm. İki seçimim var: İtaliya və Azərbaycan milliləri. Ümid edirəm ki, doğru qərar verəcəyəm.

- Gələcəkdə "Neftçi"də oynamaq necə? - 10 yaşım olanda özümə söz vermişəm ki, karyeramın sonlarında iki il "Neftçi"də oynayacağam.

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

"Atalanta"da mövsümə 20 qol vuran hücumçu Azərbaycan millisi barədə düşünür - MÜSAHİBƏ

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər