Astana Arlans - Baku Fires: heyətlər

Astana Arlans - Baku Fires: heyətlər
Martın 21-də Qazaxıstanın Çimkənd şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 10-cu turu çərçivəsində “Baku Fires” “Astana Arlans”ın qonağı olacaq. Fanat.az xəbər verir ki, cari mövsümdə bütün görüşlərdə qalib gələn Qazaxıstan komandası 27 xalla qrupun vahid lideridi. 
    
Komandaların heyətləri artıq məlumdu:
Astana Arlans - Baku Fires
52 kq: Oljas Sattıbayev - Murad Rabadanov    
60 kq: Zakir Safiullin - Albert Səlimov     
69 kq: Kanaqat Maralov - Pərviz Bağırov     
81 kq: Hrvoe Sep - Mixail Dauqalivets      
+91 kq: Filipp Hrqoviç - Hacı Murtuzəliyev    
“İtalia Thunder”lə səfər qarşılaşmasında qalib gələn Rabadanov bu dəfə də heyətə daxil edilib. “Baku Fires”in baş məşqçisi fərdi reytinqdə 1-ci olan Albert Səlimovu da Qazaxıstana aparmağı məqsədə uyğun sayıb. Boksçumuz ötən il Bakıda keçirilən “İpək Yolu” turnirinin qalibi olmuş Safiullinlə üz-üzə gələcək.  
Fərdi reytinqdə 4-cü yerdə olan Pərviz Bağırov lisenziya şansını artırmaq üçün mütləq Qazaxıstandan qələbə ilə dönməlidi. “Astana Arlans” komandasının ən güclü boksçuları 81 və super ağır çəki dərəcələrində olan idmançılardı. Xorvatiyalı Hrvoe Sep hazırda fərdi reytinqdə 3-cü yeri tutur. Xorvatiyalı boksçu 2011-ci ildə Ankara keçirilən Avropa çempionatının bürünc mükafatçısı olub.  
Filipp Hrqoviç reytinq cədvəlinə başçılıq edir. Onun qarşısına bu il liqada ilk görüşünü keçirəcək Hacı Murtuzıliyev çıxacaq.   
Qeyd edək ki, Qubada keçirilən görüşdə “Astana Arlans” Baku Fires”i 3:2 hesabı ilə məğlub etmişdi.   
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər