Andrey Arşavin azərbaycanlı sevgilisi ilə ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Fanat.az starhit.ru saytına istinadən xəbər verir ki, məşhur rus futbolçu Sank-Peterburqda keçirilən Fyodr Bondarçukun "Stalinqrad" filminin təqdimatına Dərya adlı sevgilisi ilə qatılıb.
Qeyd edək ki, Arşavin bundan əvvəl Londonda və Myamidə sevgilisi ilə görüntülənmişdi. Lakin futbolçu hər iki halda xəbəri təkzib etmişdi.
Arşvanin Dərya adlı sevgilisinin azərbaycanlı olduğu deyilir. Onun 35 yaşı və bundan əvvəlki evliliyindən 2 uşağı var.