Anatoli Demyanenko: "Azərbaycanlılar futbolu çox sevir" - MÜSAHİBƏ

Anatoli Demyanenko: "Azərbaycanlılar futbolu çox sevir" - MÜSAHİBƏ

"Neftçi"nin sabiq baş məşqçici Anatoli Demyanenko Azərbaycan - Rusiya oyunu oyunu ilə bağlı fikirlərini bildirib.

- Çoxları bu fikirdədi ki, Azərbaycan Rusiyaya qarşı layiqli müqavimət göstərəcək.

- Bu komanda toparlanmağı, mübarizə aparmağı bacarır. Xüsusilə öz azarkeşləri önündə. Təsadüfi deyil ki, Azərbaycan millisi aparıcı komandalardan xal alıb. Əlbəttə ki, onların da probemi var. Amma Rusiya ilə oyuna yaxşı köklənəcəklər. Rusiya millisi də matça ciddi yanaşmalıdı. Bu halda onlarda hər şey alınacaq. Amma bir şey dəqiqdir ki, ruslara Bakıda rahat olmayacaq.

- Stadionda anşlaq olacaq?

- Bəli. Azərbaycan insanı cənubludu, futbolu çox sevir. Yerli azarkeşlər Rusiya üzərindəki qələbəyə görə komandalarına keçmişdəki çox səhvi bağışlayar.

- Bu sözlərin siyasi alt mənası var?

- Bilmirəm. Amma MDB ölkələri bir-birilərinə çox böyük maraqla yanaşırlar. Azərbaycan da istisna deyil.

- Sizin fikrinizcə, Azərbaycan millisi necə oynayacaq? Müdafiə olunacaq, yoxsa hücum edəcək?

- Əks-hücum taktikası seçiləcək. Bu, şübhəsizdi. Onlar bunu yaxşı bacarırlar. Ümumiyyətlə, həm oyun, həm də intizam baxımından Azərbaycan komandası xeyli irəliləyib. Bu məsələdə baş məşqçi Berti Foqtsun rolu var.

- Rusiya millisi Azərbaycan komandasının hansı oyunçusundan daha çox ehtiyat etməlidi?

- Onlarda ulduz futbolçu yoxdu. Amma futbolçuları bütün cənublu oyunçular kimi, texnikalıdı. Onlarla sürətli oynamaq lazımdı. Rəqibə fikirləşməyə imkan verilməməlidi. Topa nəzarət Rusiya millisində qalmalıdı. Əks halda uğursuzluqla üzləşə bilərlər.

"Sport den za dnyem"

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər